Bakıda maşın piyadaya yol verən avtomobilə çırpıldı, yanğın baş verdi - ANBAAN VİDEO

Bakıda maşın piyadaya yol verən avtomobilə çırpıldı, yanğın baş verdi - ANBAAN VİDEO

Hazırda oxunan: Bakıda maşın piyadaya yol verən avtomobilə çırpıldı, yanğın baş verdi - ANBAAN VİDEO

637205

Bakıda yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, hadisə ötən gün gecə saatlarında paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində nizamlanmayan piyada keçidində baş verib.
 

Məlumata görə, piyada keçidində piyadaya yol vermək üçün dayanan avtomobilə arxadan başqa bir nəqliyyat vasitəsinin çırpılması nəticəsində avtomobildə yanğın baş verib. Dərhal polis əməkdaşları tərəfindən yanğın söndürənlərin hadisə yerinə təhlükəsiz çatması üçün zəruri tədbirlər görülüb.

Hadisə nəticəsində piyada ilə yanaşı, yanan avtomobildə olan sürücü və iki sərnişin son anda nəqliyyat vasitəsini tərk edərək xilas olublar.

"Hadisənin görüntüləri hərəkət zamanı diqqətsizliyin və qayda pozuntusunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir daha göstərir. Dəfələrlə qeyd edildiyi kimi, belə hadisələrin baş verməməsi üçün sürücülər keçidlərə yaxınlaşarkən sürəti azaltmalı, təhlükəsiz ara məsafəsi saxlamalı və piyadalara yol verməlidirlər", - NİİM-dən bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO