Qadın hakim qəzada həlak oldu: Məhkəmə hökmü dəyişmədi - FOTO

Qadın hakim qəzada həlak oldu: Məhkəmə hökmü dəyişmədi - FOTO

Hazırda oxunan: Qadın hakim qəzada həlak oldu: Məhkəmə hökmü dəyişmədi - FOTO
637176
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayevanın həlak olduğu avtomobil qəzası ilə bağlı Nuran Abdurrahmanovun cinayət işi üzrə zərərçəkənin hüquqi varisi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda yekun qərar elan edilərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Sumqayıtda qəzada ölən hakimin anası bir milyon manat təzminat istəyib

Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Nuran Abdurrahmanov 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Yol-nəqliyyat hadisəsi 2025-ci ilin dekabrında Pirşağı-Novxanı yolunda baş verib. Aynur Rzayevanın idarə etdiyi avtomobil digər avtomobillə toqquşub. Hadisə nəticəsində hakim həyatıni itirib.

Onu da qeyd edək ki, Aynur Rzayevanın atası Tapdıq Rzayev Birinci Qarabağ müharibəsi şəhididir. O, 1991-ci ildə Xocalıda şəhid olub.

Aynur Rzayeva 2022-ci ildə Azərbaycan Prezidentinin "Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında" Sərəncamı ilə təyinat almışdı. (Oxu.az)

Qadın hakim qəzada həlak oldu: Məhkəmə hökmü dəyişmədi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO