Azərbaycanlı kriminal avtoritet belə saxlanıldı - Video

Azərbaycanlı kriminal avtoritet belə saxlanıldı - Video

Hazırda oxunan: Azərbaycanlı kriminal avtoritet belə saxlanıldı - Video

635645

Azərbaycanlı kriminal avtoritet Rusiyadan deportasiya olunub.

Bizim.Media lent.az-a istinadla xəbər verir ki, 61 yaşlı Bəxtiyar Əliyev bu ilin martında Krımın Sevastopol şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onun “oğru aləmi” ideologiyasını bölüşdüyü, ekstremist hesab edilən “AUE” təşkilatının fəaliyyətini təbliğ etdiyi və qanuni oğrularla əlaqələr saxladığı iddia olunur.

Məlumata görə, avqustun sonunda o, Rusiyaya girişinə qadağa qoyulmaqla Azərbaycana deportasiya edilib.

Bundan əlavə azərbaycanlı avtoritetin saxlanılma görüntüləri də yayılıb. Videoda o özünü 61 yaşlı Alim Bəxtiyar Xalıq oğlu kimi təqdim edib. O, Azərbaycan vətəndaşı olduğunu və Rusiya pasportunun olmadığını təsdiqləyib.

O, Rostovdan şalvar və köynək alveri edən qardaşının köməyi ilə dolandığını bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO