Rusiya Ukrayna ilə ciddi danışıqlara 2027-ci ildən tez başlamayacaq

Rusiya Ukrayna ilə ciddi danışıqlara 2027-ci ildən tez başlamayacaq

Hazırda oxunan: Rusiya Ukrayna ilə ciddi danışıqlara 2027-ci ildən tez başlamayacaq

635601

Avropa və ABŞ rəsmiləri Ukraynadakı müharibənin gələn ilə qədər uzanacağı ilə barışıblar. Onlar ABŞ-ın son sülh təşəbbüsünün Rusiya Prezidenti Vladimir Putin tərəfindən dəstəklənmədiyini etiraf edirlər.

Bizim.Media xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.

Nəşrin mənbələri bildirirlər ki, Putin qış aylarında Ukraynaya hücumları gücləndirməyi, həmçinin ölkənin və onun müttəfiqlərinin qətiyyətini sınaqdan keçirməyi planlaşdırır. Müsahiblərin fikrincə, Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner ötən həftəsonu Moskva və Kiyevdə əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Rusiya prezidenti isə onların səfərindən Dövlət Dumasına seçkilər öncəsi güc nümayiş etdirmək üçün istifadə edib. 
 

Üçtərəfli danışıqlar parlament seçkilərindən sonra bərpa oluna bilər, lakin agentliyin mənbələri hesab edirlər ki, bu müzakirələr sülh sazişinin bağlanmasını əhəmiyyətli dərəcədə yaxınlaşdırmayacaq. Çərşənbə axşamı Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb, Ukrayna Prezidenti Volodimir Zelenski isə sentyabrın sonuna kimi Trampla görüşməyə ümid etdiyini bildirib. Eyni zamanda, Rusiya üçgünlük fasilədən sonra Kiyevə zərbələri yeniləyib.


"Bloomberg"in ehtimalına görə, Rusiyanın qarşıdakı altı ay üçün planı Ukraynanın enerji və istilik infrastrukturu obyektlərinə zərbələri gücləndirməklə əhalinin həyatını dözülməz etmək, həmçinin Kiyevin müttəfiqlərinin dəstəyini zəiflətmək üçün Avropanın işlərinə qarışmaqdan ibarətdir. Kreml rəhbəri ümid edir ki, gələn yazda onun mövqeləri güclənəcək, Rusiya iqtisadiyyatı isə ayaqda qala biləcək. Mənbələrdən biri qeyd edib ki, ciddi danışıqların gələn ildən əvvəl başlaması ehtimalı azdır.

Buna görə də Avropa ölkələri qışda güclənən hücumları dəf etməyə kömək etmək məqsədi ilə Kiyev üçün "Patriot" sistemləri üçün raketlər almağı planlaşdırırlar. ABŞ müdafiə nazirinin müavini Elbric Kolbi Ukraynanın müdafiəsi üzrө təmas qrupunun iclasında bildirib ki, tərəflər uzunmüddətli münaqişəyə hazır olmalı və Ukraynanın ehtiyaclarının yaxın aylarda və illərdə də davam edəcəyini nəzərə almalıdırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO