Çin sərhədçiləri Qazaxıstandan gələn bəzi kişilərdən saqqallarını qırxmağı tələb edib

Çin sərhədçiləri Qazaxıstandan gələn bəzi kişilərdən saqqallarını qırxmağı tələb edib

Hazırda oxunan: Çin sərhədçiləri Qazaxıstandan gələn bəzi kişilərdən saqqallarını qırxmağı tələb edib
635609
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qazaxıstanla Çin arasındakı sərhəd-keçid məntəqələrindən birində bəzi kişilərdən saqqallarını qırxmaları tələb olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

Bildirilib ki, Çin sərhədçiləri bəzi şəxslərin ölkəyə girişinə icazə verməzdən əvvəl onlardan saqqallarını qırxmasını tələb edə bilər. Səbəb isə saqqalın bəzi hallarda radikal və ya ekstremist ideologiyaya bağlılığın əlaməti kimi qiymətləndirilməsidir.
 

Qazaxıstanlı Samat Avqanov deyib ki, iş məqsədilə Çinin Xorqos şəhərinə gedərkən sərhəd-keçid məntəqəsində ondan saqqalını qırxması və ya Qazaxıstana geri dönməsi tələb olunub. O, nəticədə saqqalını qırxmağa məcbur qaldığını və sərhədçilərin prosesi videoya çəkdiyini deyib.


Digər Qazaxıstan vətəndaşı Şınqıs Qudaybergenov da oxşar hadisə ilə üzləşdiyini bildirib:

“Saqqallı kişiləri polis əməkdaşları qarşılayır, onlara ülgüc verilir, hətta bu proses qeydə alınır. Bu, edilmədiyi halda ölkəyə keçidə icazə verilmir. Mən bloqer olduğumu deyəndən sonra saqqalımın kiçik hissəsini saxlamağa razılıq ala bildim”. (Globalinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO