Xəzər dənizində suyun səviyyəsinin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır.
Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov Bakıda "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə" (CICA) çərçivəsində "Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, liman sektoru qarşısında ümumi çağırışlar da var:
"Xəzər dənizində suyun səviyyəsinin azalması gəmiçilik üçün və limanlara çıxış imkanlarında ciddi suallar yaradır. Bununla yanaşı, beynəlxalq ticarət marşrutları boyunca yaranan gərginliklər və münaqişələr limanlar arasında sıx koordinasiyanı daha da vacib edir. Məhz buna görə də AQEM çərçivəsində liman rəhbərləri konfransının keçirilməsi mühüm əhəmiyyət kəsb edir".
O əlavə edib ki, qeyri-müəyyənliyin artdığı dövrdə bu kimi görüşlər etimadın formalaşmasına, ümumi narahatlıqların praktiki fəaliyyətə çevrilməsinə kömək edir:
"Hesab edirəm ki, biz uzlaşdırılmış investisiyalara, rəqəmsal dəhliz quruculuğuna və sərhədkeçmə prosedurlarının sadələşdirilməsinə böyük diqqət yetirməliyik. Eyni zamanda, daha təhlükəsiz və dayanıqlı liman əməliyyatları üçün həll yollarını bölüşməliyik. Bu konfransın əhəmiyyəti həm də limanlar və dəmir yolları arasında daha yaxşı koordinasiyanın qurulmasına, ticarət axınlarının fasiləsizliyinin təmin olunmasına və müştərilərə daha keyfiyyətli xidmətlər göstərməyə imkan vermək ola bilər".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:24 / 09.09.2026
Rövşən Rüstəmov: "Xəzərdə suyun azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır"
Hazırda oxunan: Rövşən Rüstəmov: "Xəzərdə suyun azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır"
Hazırda oxunan: Rövşən Rüstəmov: "Xəzərdə suyun azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır"
635622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































