Lavrov Avropanı Putinin sözləri iə HƏDƏLƏDİ: “Müharibə tamamilə başqa cür olacaq”

Lavrov Avropanı Putinin sözləri iə HƏDƏLƏDİ: “Müharibə tamamilə başqa cür olacaq”

Hazırda oxunan: Lavrov Avropanı Putinin sözləri iə HƏDƏLƏDİ: “Müharibə tamamilə başqa cür olacaq”
635597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya xarici işlər naziri Sergey Lavrov ölkə prezidenti Vladimir Putinin Avropanın Rusiyaya mümkün hücumunun nəticələri barədə səsləndirdiyi xəbərdarlığın unudulmamasını tövsiyə edib.

Bizim.Media xəbər verir ki, Birinci kanalda yayımlanan "Böyük oyun" verilişində danışan Lavrov prezidentin sözlərini xatırladıb:
 

“Biz heç kimə hücum etmək fikrində deyilik. Bu, səfehlikdir, axmaqlıqdır, lakin əgər bu söhbətlər sizin hücumunuzun hazırlığı deməkdirsə, sizi əmin edirəm ki, müharibə tamamilə başqa cür və çox qısa olacaq”.


Lavrov qeyd edib ki, bu sözlər mütləq yadda saxlanılmalıdır. Eyni zamanda o, Rusiyanın Avropaya hücum etmək niyyətində olmadığını vurğulayıb.

Lavrov həmçinin Qərbin Arktikanı militarizasiya etməsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, bu yaxınlarda ABŞ, Norveç və digər ölkələr tərəfindən həmin regionda keçirilən hərbi təlimlərin ssenarisi birbaşa Rusiya ilə silahlı münaqişəni nəzərdə tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO