Bakıda qəribə OLAY: Maşının təkərini deşdi, ona irad bildirəni isə bıçaqladı

Bakıda qəribə OLAY: Maşının təkərini deşdi, ona irad bildirəni isə bıçaqladı

Hazırda oxunan: Bakıda qəribə OLAY: Maşının təkərini deşdi, ona irad bildirəni isə bıçaqladı

635611

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elnur Abdulovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, hadisə 2025-ci ilin iyul ayında gecə saatlarında Bakı şəhərində baş verib.

Belə ki, Elnur Abdulov gecə saat 23 radələrində park edilmiş avtomobilin təkərlərini bıçaqla deşib. Həmin vaxt ərazidən keçən zərərçəkmiş İntiqam Nəbiyev (adı, soyadı şərtidir) onun bu hərəkətinə irad bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.
 

Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə qəbul olunmuş davranış qaydalarına etinasızlıq göstərərək, özünü digər şəxslərdən üstün tutmaqla xuliqanlıq niyyəti nümayiş etdirib. O, üzərində gəzdirdiyi mətbəx bıçağı ilə zərərçəkmiş şəxsə iki dəfə zərbə endirib.


Bıçaq zərbələri nəticəsində İntiqam döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən iki deşilmiş-kəsilmiş yara, ağciyər və diafraqmanın zədələnməsi, həmçinin hemopnevmotoraks kimi həyat üçün təhlükəli ağır xəsarətlər alıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.

Cinayət işi üzrə məhkəmə baxışı zamanı o, özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Elnur Abdulov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO