Bu ərazilərdə İŞIQ OLMAYACAQ - SİYAHI

Bu ərazilərdə İŞIQ OLMAYACAQ - SİYAHI

Hazırda oxunan: Bu ərazilərdə İŞIQ OLMAYACAQ - SİYAHI
635582
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 9-da Bakının Yasamal rayonunda Transformator Məntəqəsində, Mingəçevir və Yevlaxda isə bəzi hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Mehdiyev, Mirəli Seyidov küçələri, Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Eyni zamanda, Mingəçevir Elektrik Şəbəkəsinə (EŞ) daxil olan şəhərin Babək, Cəmil Əliyev və Naxçıvan küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Yevlax EŞ-nin ərazisində yerləşən Göyük, Hacımahmudlu, Qaramanlı, Nəmirli kəndlərini də əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO