Sükan arxasında bu mahnıları dinləməyin - Siyahı açıqlandı

Sükan arxasında bu mahnıları dinləməyin - Siyahı açıqlandı

Hazırda oxunan: Sükan arxasında bu mahnıları dinləməyin - Siyahı açıqlandı

635641

Məşhur müğənni Ed Şiranın “Shape of You” kompozisiyası sürücülər üçün potensial olaraq ən təhlükəli mahnılar siyahısına başçılıq edir. 

Bizim.Media xəbər verir ki, bu, “Trujillo Gonzalez” hüquq şirkətinin araşdırması nəticəsində müəyyən edilib. 

Mütəxəssislər “Spotify” xidmətinin avtomobillə səyahət üçün nəzərdə tutulmuş 30 pleylistini təhlil edərək sürücülərin ən çox dinlədiyi 50 mahnını müəyyən ediblər, sonra isə onları tempinə görə müqayisə ediblər. Müəyyən edilib ki, dəqiqədə 120 vuruşdan yuxarı tempi olan mahnılar sürücülərin avtomobili daha sürətli sürməsinə, sükan arxasında diqqətin azalmasına və daha çox sürücü xətasına səbəb olur. 
 

Tədqiqatın müəllifləri bunu ritmik sinxronizasiya ilə izah edirlər. Belə ki, yüksək ritmli kompozisiyaları dinləyərkən sürücülər özləri də bunu hiss etmədən avtomobili idarəetmə tərzini musiqinin sürətinə uyğunlaşdırırlar. Mütəxəssislər hesab edirlər ki, musiqinin səslənmə tezliyinin təhlükəsiz diapazonu dəqiqədə 60-100 vuruşa qədərdir. Ed Şiranın “Shape of You” mahnısının tempi isə dəqiqədə 192 vuruşdur. 


Siyahıda ilk beşliyə həmçinin “Oasis” qrupunun “Wonderwall” (dəqiqədə 173 vuruş), “The Kid Laroy” və Castin Biberin “Stay” (dəqiqədə 169 vuruş), Billi Aydolun “Rebel Yell” (dəqiqədə 166 vuruş), “Blondie” qrupunun “One Way or Another” (dəqiqədə 162 vuruş) mahnıları daxildir.

Potensial təhlükəyə görə, ikinci beşlikdə isə Farrel Uilyamsın “Happy”, “Outkast” qrupunun “Hey Ya!”, “Queen” qrupunun “Don't Stop Me Now”, “The Killers” qrupunun “Mr. Brightside” və Bruno Marsın “Locked Out of Heaven” kompozisiyaları yer alıb. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO