Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? - FOTO

Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? - FOTO

Hazırda oxunan: Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? - FOTO

635657

"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.

Bizim.Media  xəbər verir ki, hadisə qoşaçarxlı kanat tipli qurğudan istifadə zamanı baş verib.

Məlumata görə, Bakıdan Şəki şəhərinə istirahətə gedən 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov qurğudan istifadə edərkən trosun və qurğunun digər hissələrinin texniki vəziyyəti yoxlanılmayıb. Onlar qurğuda hərəkətdə olarkən kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxdığı bildirilir.

Hadisə nəticəsində hər iki şəxs dünyasını dəyişib.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verib. İlkin məlumatda kanat yolunun trosunun qırılması nəticəsində iki nəfərin yüksəklikdən düşərək öldüyü bildirilmişdi. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO