Samuxda 39 yaşlı qadın bıçaqlanıb.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, qadını bıçaqlamaqda qardaşı şübhəli bilinir.
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb. (Qafqazinfo.az)
Bizim.Media




































































































