“5 il ömrüm qalıb”

“5 il ömrüm qalıb”

Hazırda oxunan: “5 il ömrüm qalıb”
635596
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Şər ruhlar” (“Evil dead”) filmlərinin ulduzu Brüs Kempbell xərçəng diaqnozu qoyulub ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, 68 yaşlı aktyor “The Adam Carolla Show” podkastında həkimlərin ona təxminən beş il ömrünün qaldığını deyiblər.

“Diaqnoz qoyulan xərçəng növü barədə ətraflı danışmaq istəmirəm. Hazırkı proqnoz beş ildir” deyə, aktyor qeyd edib.
 

Kempbell xəstəliyinə təslim olmaq fikrində olmadığını vurğulayıb. Onun sözlərinə görə, məqsədi diaqnozu ilə yaşamaq, ondan ölmək deyil.


Hazırda Kempbell əsas diqqətini yeni filmi “Ernie & Emma”nın tanıtımına yönəldib. O, film üzərində işləyərkən digər problemləri düşünmədiyini və qarşısına çıxan çətinlikləri bir-bir həll etdiyini söyləyib.

Qeyd edək ki, aktyor xəstəliyi barədə ilk dəfə mart ayında məlumat verib. O zaman Kempbell xəstəliyin müalicəyə tabe olduğunu, lakin tam sağalan olmadığını açıqlayıb.(Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO