MİQ qaliblərinin NƏZƏRİNƏ – Son gündür

MİQ qaliblərinin NƏZƏRİNƏ – Son gündür

Hazırda oxunan: MİQ qaliblərinin NƏZƏRİNƏ – Son gündür

635618

MİQ üzrə uğur qazanan müəllimlər üçün sənəd təqdimetmə müddəti sabah başa çatır.

Bizim.Media Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, müsahibə mərhələsində uğur qazanan namizədlər sentyabrın 10-u saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Təqdim edilməli sənədlər aşağıdakılardır:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti;
- əmək kitabçasının əsli (olduğu təqdirdə);
- 3x4 formatında 4 ədəd fotoşəkil;
- sağlamlıq haqqında arayış;
- kadrlar uçotunun şəxsi vərəqəsi;
- şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunan namizədlərin işə qəbulu rəsmiləşdiriləcək.

Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışın təsdiqləndiyini yoxlamaq tövsiyə olunur.

Çıxarışını təsdiq etdirməyən, eləcə də müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO