Bu il sığınacağa yerləşdirilənlərin SAYI AÇIQLANDI

Bu il sığınacağa yerləşdirilənlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Bu il sığınacağa yerləşdirilənlərin SAYI AÇIQLANDI
635630
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ilin cari dövrü ərzində sığınacağa yerləşdirilənlərin sayı açıqlanıb. 

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib. 

Bildirilib ki, ötən ay müəssisəyə sığınacaqla bağlı müraciət edən olmayıb. İl ərzində isə müəyyən yaşayış yeri olmayan 62 nəfərə zəruri sosial xidmətlər göstərilib. 

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində müvafiq kateqoriyadan olan şəxslərə xidmət göstərilir. Çətin həyat şəraiti ilə qarşılaşan hər bir vətəndaş müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilər". 

Qeyd edək ki, müəssisəyə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin daxili işlər, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin göndərişləri əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO