Messi daha bir futbol klubunu satın alır

Messi daha bir futbol klubunu satın alır

Hazırda oxunan: Messi daha bir futbol klubunu satın alır

635581

Argentinalı hücumçu Lionel Messi İspaniyanın ikinci divizionunda (Sequnda) çıxış edən "Eldense" futbol klubunun alınması barədə prinsipial razılıq əldə edib.

Bizim.Media bu barədə "Marca" nəşrinə istinadən xəbər ki, Messi klubun səhmlərinin 100%-ni satın almaq niyyətindədir.

"Eldense" Elda şəhərində (Alikante əyaləti) yerləşir. Messi "İnter Mayami"dəki karyerasını başa vurduqdan sonra məhz orada məskunlaşmağı planlaşdırır.

Müqavilə yekun mərhələdədir: tərəflər hüquqi prosedurları tamamlamaq üzrədirlər.

Xatırladaq ki, aprel ayında Messinin Barselona əyalətinin Baş-Lyobreqat bölgəsini təmsil edən "Kornelya" klubunu da satın aldığı məlum olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO