“Növbəti tədris ili ilə bağlı əsas hədəflərimizdən biri məktəbəqədər təhsilin əhatə dairəsini artırmaqdır”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İctimai TV-nin canlı efirində deyib.
Nazir bildirib ki, hazırda bu göstərici 45 faizdir və növbəti il üçün bu rəqəmin 50 faizə çatdırılması planlaşdırılır:
"Digər əsas hədəflərdən biri oxu bacarıqlarının, xüsusilə də ibtidai siniflərdə inkişaf etdirilməsidir. MİQ, sertifikasiya, qəbul və buraxılış imtahanlarında oxu bacarıqlarının yaxşılaşdırılmasına xüsusi diqqət yetirməliyik. Həmçinin Mil-Muğan, Mərkəzi Aran, Qazax və Ağstafa rayonlarını əhatə edən riyaziyyat üzrə nəticələrə xüsusi diqqət yetirməliyik".
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:41 / 09.09.2026
Yeni tədris ilində nələr dəyişəcək? – Nazirdən AÇIQLAMA
Hazırda oxunan: Yeni tədris ilində nələr dəyişəcək? – Nazirdən AÇIQLAMA
Hazırda oxunan: Yeni tədris ilində nələr dəyişəcək? – Nazirdən AÇIQLAMA
635591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































