Vuçiç növbədənkənar seçkilərin TARİXİNİ açıqladı

Vuçiç növbədənkənar seçkilərin TARİXİNİ açıqladı

Hazırda oxunan: Vuçiç növbədənkənar seçkilərin TARİXİNİ açıqladı

635569

Serbiya Prezidenti Aleksandar Vuçiç oktyabrın 25-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini açıqlayıb. O, sentyabrın 9-da günorta saatlarında parlamentin buraxılması ilə bağlı fərmanı imzalayacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Danas” məlumat yayıb.

Dövlət başçısı qeyd edib ki, sabah Konstitusiyaya və prezident haqqında qanuna uyğun olaraq iki qərar qəbul edəcək.

“Birincisi, Serbiya Respublikasının Xalq Skupşinasının (parlament) buraxılması haqqında fərman, ikincisi isə seçkilərin təyin edilməsi barədə qərardır. Hər iki qərarı sabah saat 12-də elan edəcəyəm. Serbiyada seçkilər oktyabrın 25-də keçiriləcək”, - deyə Vuçiç bildirib.

Siyasətçi səsvermənin istənilən nəticəsini qəbul edəcəyini vurğulayıb. O, seçkilərdə hakim Serb Tərəqqi Partiyasını (SNS) təmsil edəcək və partiyanın siyahısına rəhbərlik edəcək. Qanuna əsasən, parlamentin buraxıldığı gündən səsvermə gününədək ən azı 45, ən çoxu isə 60 gün keçməlidir.
 

Vuçiç seçki kampaniyasının bütün iştirakçılarını insanlarla əlaqə yaratmağa və onların problemlərini anlamağa çağırıb.


“Mən kampaniyanın bütün iştirakçılarını insanlara doğru yol tapmağa, onların narahatlıqlarını anlamağa, özləri ilə məşğul olmamağa çağırıram”, - deyə Vuçiç potensial seçki iştirakçılarına müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO