
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 09.09.2026
1 dəq oxunma
İşə düzəltmək adı ilə 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI
Hazırda oxunan: İşə düzəltmək adı ilə 24 min manatlıq dələduzluq edən şəxs SAXLANILDI
635633
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
İşə düzəltmək adı altında dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, paytaxt sakini olan bir nəfər polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun paytaxt ərazisində və Abşeron rayonunda ayrı-ayrı vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən


























































































