Dünyanın ən yüksək maaş alan siyasi liderinin əməkhaqqısı yenə artırıldı

Dünyanın ən yüksək maaş alan siyasi liderinin əməkhaqqısı yenə artırıldı

Hazırda oxunan: Dünyanın ən yüksək maaş alan siyasi liderinin əməkhaqqısı yenə artırıldı

635579

Sinqapur hökuməti nazirlərin və digər yüksək vəzifəli şəxslərin, o cümlədən dünyanın ən yüksək maaş alan siyasi lideri olaraq qalan Baş nazir Lorens Vonqun maaşını artıracaq.

Bizim.Media xəbər verir ki, Vonqun illik əmək haqqı paketi 60%-dən çox artaraq 2,2 milyon Sinqapur dollarından 3,6 milyon Sinqapur dollarına və ya təxminən 2,8 milyon ABŞ dollarına çatacaq.

Baş nazir bildirib ki, bütün artımı, təxminən 1,4 milyon Sinqapur dollarını (1,1 milyon ABŞ dolları) növbəti beş il ərzində xeyriyyə təşkilatlarına bağışlayacaq.

Vonq artımı ən istedadlı insanları dövlət qulluğuna cəlb etmək ehtiyacı ilə izah edib. O bildirib ki, hökumət özəl sektorda aparıcı iş adamlarının qazandıqları gəlirlərlə rəqabət apara bilməz, lakin onlar biznesdən ayrılıb siyasətə qoşulmaq qərarına gəlsələr, bu onlar üçün "lazımsız maliyyə maneəsi" yaratmamalıdır.
 

Nazirlərin maaşları da artırılacaq. Hazırda onların əsas əmək haqqı paketi ildə təxminən 1,1 milyon Sinqapur dollarıdır; islahatdan sonra bu, təxminən 1,2 milyon Sinqapur dollarına çatacaq. Nazirlər, fəaliyyət göstəricilərinə əsaslanan ödənişlər də daxil olmaqla, cari səlahiyyət müddətlərinin sonuna qədər təxminən 1,35 milyon Sinqapur dolları qazana biləcəklər.


Onların əmək haqqının bir hissəsi işsizlik, gəlir artımı və ÜDM daxil olmaqla iqtisadi göstəricilərə nail olmaqdan asılıdır.

Sinqapurda orta aylıq gəlir 5775 Sinqapur dollarıdır.
 

Bu qərar artıq yaşayış xərcləri, inflyasiya, iş yerlərinin itirilməsi və məzunların iş tapmaqda çətinlik çəkməsi ilə bağlı narahatlıqlar fonunda tənqidlərə səbəb olub. Son rübdə Sinqapurda işdən çıxarılmaların sayı beş ildən çox müddətdə ən yüksək səviyyəyə çatıb.


Eyni zamanda, Sinqapur hökuməti uzun müddətdir ki, yüksək dövlət qulluqçularının maaşlarının ixtisaslı insanları siyasətə cəlb etməyə və korrupsiya riskini azaltmağa kömək etdiyini iddia edir. (unikal.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO