Türkiyədən Gürcüstanda gələn azərbaycanlı itkin düşdü

Türkiyədən Gürcüstanda gələn azərbaycanlı itkin düşdü

Hazırda oxunan: Türkiyədən Gürcüstanda gələn azərbaycanlı itkin düşdü
635616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gürcüstanda Türkiyədən sərhədi keçdikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Hafiz Süleymanovun axtarış-xilasetmə tədbirləri həyata keçirilir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb.
 

İtkin düşən şəxsin qohumu Günay Əlizadənin sözlərinə görə, ailə avqustun 28-dən bəri onunla əlaqə saxlaya bilmir. Qohumları sərhəddəki kameraların görüntülərini yoxlayıb və Süleymanovun Türkiyədən Gürcüstana keçdiyini müəyyən ediblər. Bundan sonra onun harada olması naməlumdur.


Əlizadə bildirib ki, həmin şəxs hələ Türkiyədə olarkən telefonunu itirib, buna görə də onunla birbaşa əlaqə saxlamaq qeyri-mümkündür. Ailə müstəqil şəkildə axtarışlara başlayıb və müvafiq qurumlara müraciət edib.

Gürcüstan Daxili İşlər Nazirliyi Süleymanovun axtarışlarının aparıldığını və müvafiq tədbirlərin görüldüyünü təsdiqləyib. Ailə onu görənlərdən və ya məlumatı olanlardan polisə və ya onlara məlumat verməyi xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO