Bu şəxslər Xocavəndə icazəsiz daxil olmaq istədilər - Saxlanıldılar

Bu şəxslər Xocavəndə icazəsiz daxil olmaq istədilər - Saxlanıldılar

Hazırda oxunan: Bu şəxslər Xocavəndə icazəsiz daxil olmaq istədilər - Saxlanıldılar
63511
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxsləri müəyyən edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini F.Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük maşını Böyük Tağlar kəndi ərazisində saxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xocavəndə qanunsuz keçmək istəyənlər həbs edildi - FOTO


Avtomobilə baxış keçirilən zaman daha 2 nəfər də aşkar edilib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q.Məmmədov və T.Süleymanov olduğu müəyyən olunub.

Eləcə də avtomobildən dəmir borular, metal tullantıları və s. aşkar edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədov və Q.Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs, T.Süleymanov isə cərimə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO