Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

Hazırda oxunan: Nazirlik Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarını ŞƏRH ETDİ

633583

"Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb".

Bizim.Media xəbər verir ki, bu, Elm və Təhsil Nazirliyinin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ Universiteti ilə bağlı qərarında əksini tapıb.

Bildirilib ki, Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTU) arasında mühəndislik istiqaməti üzrə tədris, təlim və elmi-tədqiqat fəaliyyətlərinin təşkili, eləcə də müvafiq təhsil infrastrukturunun yaradılması nəzərdə tutulur.
 

Bununla əlaqədar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “İstanbul Texniki Universitetinin Rektorluğuna bağlı olaraq Azərbaycan Respublikasının Qarabağ Universitetinin nəzdində akademik bölmələrin açılması haqqında” 27 avqust 2026-cı il tarixli 11647 nömrəli Qərarı imzalayıb.


İTU-nun mühəndislik sahəsində zəngin akademik və elmi potensialının Qarabağ Universiteti ilə əlaqələndirilməsi müasir tədris və tədqiqat imkanlarının genişləndirilməsinə, yüksəkixtisaslı mühəndis kadrlarının hazırlanmasına və birgə elmi fəaliyyətin inkişafına şərait yaradacaq.

Əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası və mühəndislik istiqamətində infrastrukturun yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, bu təşəbbüs Azərbaycan-Türkiyə qardaşlığının elm və ali təhsil sahəsində institusional əməkdaşlıqla daha da möhkəmləndirilməsinin, iki ölkənin akademik və elmi potensialının Qarabağın bərpası və gələcək inkişafına yönəldilməsinin növbəti mühüm nümunəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO