Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur aşağı düşəcək 

Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur aşağı düşəcək 

Hazırda oxunan: Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur aşağı düşəcək 
63309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mart ayının ilk 5 günündə düşən yağıntı aylıq normanın 25-50 faizini təşkil edib". 

Bizim.Media xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ötən günlər ərzində düşən yağıntı Abşeronda 36 faiz, ölkənin şimalında isə aylıq normanın yarıdan çoxunu təşkil edib:

"Böyük və Kiçik Qafqazın dağ çaylarında suyun səviyyəsi 7-10 sm, Kürün yuxarı axında isə 26 sm yüksəlib".

Xidmət rəisi qeyd edib ki, yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilsə də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq:

"Temperatur Abşeronda fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək. İkinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO