Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR

Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR

Hazırda oxunan: Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
631133
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Texnologiya nəhəngi Apple dünyanın 110 ölkəsində bəzi iPhone istifadəçilərinə casus proqramlarla bağlı xüsusi təhlükəsizlik bildirişi göndərəcəyini açıqlayıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, şirkətin məlumatına görə, xəbərdarlıqlar cihazları hədəf alan mürəkkəb və yüksək maliyyə imkanlarına malik casus proqram hücumlarına məruz qalma ehtimalı olan istifadəçilərə göndəriləcək.
 

Apple bu tip hücumların adi kiberhücumlardan fərqləndiyini və aşkarlanmasının olduqca çətin olduğunu bildirir. Belə hücumların əsasən jurnalistlər, siyasətçilər, hüquq müdafiəçiləri, fəallar və diplomatlar kimi xüsusi qrupları hədəf aldığı qeyd olunur.


Pegasus kimi casus proqramlar bu təhlükənin ən tanınmış nümunələri sırasında göstərilir. Bu proqramlar istifadəçinin cihazına daxil olaraq məlumatlara və şəxsi informasiyaya çıxış əldə edə bilər.

Apple xəbərdarlıq alan istifadəçilərə iPhone-un əməliyyat sistemini dərhal yeniləməyi və cihazın təhlükəsizlik imkanlarından maksimum istifadə etməyi tövsiyə edir.

Şirkət həmçinin bildirir ki, belə bildiriş alan istifadəçilər bunu ciddi qəbul etməli və təhlükəsizlik tədbirlərini gecikdirməməlidirlər. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO