Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

Hazırda oxunan: Bakıya uçan azərbaycanlı iş adamı aeroportda SAXLANILDI: 2.5 milyonu əlindən alındı

629682

Rusiyadan Azərbaycana külli miqdarda pulu gizli keçirmək istəyən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Hadisə Novosibirsk şəhərindəki Tolmaçyovo hava limanında baş verib. İddia olunur ki, gömrük əməkdaşları külli miqdarda nağd pulun qanunsuz şəkildə Rusiyadan çıxarılmasının qarşısını alıblar. Məlum olub ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Azərbaycana uçmağa hazırlaşan 40 yaşlı Rusiya vətəndaşıdır.

Məlumata görə, həmin şəxs "yaşıl dəhliz"dən keçərək üzərində məcburi bəyan edilməli olan mal və ya pul olmadığını təsdiqləyib. Yoxlama zamanı gömrük müfəttişi ondan özü ilə nə qədər nağd pul apardığını soruşub.

Sərnişin üzərində 1,5 milyon rubl (təxminən 31 min 534 manat) olduğunu desə də, yoxlama zamanı bunun yalan olduğu üzə çıxıb. Onun bel çantasında 2 milyon 606 min 500 rubl (təxminən 54 min 796 manat), həmçinin 100 ABŞ dolları və 43 Azərbaycan manatı aşkarlanıb.

Sibir Gömrük İdarəsinin məlumatına görə, sərnişin baş verənləri qüvvədə olan nağd pul aparılması qaydalarını bilməməsi ilə izah edib. Lakin bu, onu məsuliyyətdən azad etməyib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 200.1-ci maddəsinin 1-ci hissəsi ("Külli miqdarda nağd pul vəsaitlərinin qaçaqmalçılığı") ilə cinayət işi başlanıb. Aşkarlanan bütün pul vəsaitləri müsadirə edilib. Onların sonrakı taleyinə məhkəmə qərar verəcək.

Qeyd edək ki, saxlanılan şəxs Rusiyada bizneslə məşğul olub. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO