DSX əməliyyat keçirdi, saxlanılan var - FOTO

DSX əməliyyat keçirdi, saxlanılan var - FOTO

Hazırda oxunan: DSX əməliyyat keçirdi, saxlanılan var - FOTO
62959
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları əməliyyat keçirib, saxlanılanlar var. 

Bizim.Media xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. 

Bildirilib ki, mart ayının 2-də saat 21:05 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfərin olduğu “VAZ-2107” markalı 19-BK-024 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək orada gizlədilmiş idman çantası və bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib. 

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb.

Onun Füzuli rayon sakini, 1961-ci il təvəllüdlü Məmmədov Tahir Məmmədqulu oğlu olması müəyyənləşdirilib, əlindəki idman çantası və bağlamaya baxış zamanı içərilərində ümumi çəkisi 14 kiloqram 200 qram narkotik vasitə (5800 qram “marixuana”, 4200 qram “heroin”, 2100 qram “tiryək”) və psixotrop tərkibli həblər (1900 ədəd “metadon-40”, 290 ədəd "Gabaprel 300”) aşkar olunaraq götürülüb. 

Araşdırma zamanı göstərilən şəxsin eyni cinayətə görə əvvəllər məhkum olması müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO