“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq

“MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq

Hazırda oxunan: “MyGov” üzərindən FHN-ə müraciət etmək olacaq

629187

Fövqəladə Hallar Naziriyi (FHN) vətəndaşların nazirliyə müraciətinin daha da asanlaşdırılması, vətəndaş məmnunluğunun və xidmətlərin rəqəmsallaşdırılmasının təmin edilməsi məqsədilə növbəti addım atıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, vətəndaşların Fövqəladə Hallar Nazirliyinə və nazirliyin müvafiq qurumlarına müraciətlərinin elektron qaydada təqdim edilməsi məqsədilə “MyGov” platforması üzərindən də müraciət göndərilməsi imkanı yaradılıb.
 

Vətəndaşlar “MyGov” platformasında “Dövlət qurumlarına rəsmi məktub” bölməsi vasitəsilə Fövqəladə Hallar Nazirliyini və ya nazirliyin müvafiq alt qurumunu seçərək elektron müraciətlərini ünvanlaya bilərlər.


Müraciətin nəticəsi üzrə FHN tərəfindən hazırlanmış rəsmi cavab “MyGov” platforması üzərindən vətəndaşın şəxsi kabinetinə göndərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO