Magistraturada 3813 boş yer qaldı - Yeni müsabiqədə kimlər iştirak edə bilər?

Magistraturada 3813 boş yer qaldı - Yeni müsabiqədə kimlər iştirak edə bilər?

Hazırda oxunan: Magistraturada 3813 boş yer qaldı - Yeni müsabiqədə kimlər iştirak edə bilər?

628600

İyulun 29-da magistraturaya qəbul nəticələri elan olundu. Nəticələrə əsasən,  13845 bakalavr ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub, 3813  plan yeri isə boş qalıb. Həmin yerlər üzrə yenidən müsabiqənin keçirilməsi gözlənilir.

Bakalavrlara isə maraqlıdır ki, magistraturaya qəbul imtahanlarında iştirak edən, ancaq birinci müsabiqədə  iştirak etməyən bakalavrlar boş qalan yerlərə qəbulda iştirak edə bilər?

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, bu, mümkündür:

"Magistratura imtahanında iştirak etmiş, lakin ixtisas seçiminin birinci mərhələsində iştirak etməmiş namizədlər topladıqları bal müsabiqə şərtlərinə uyğun olduğu təqdirdə, ixtisas seçiminin ikinci mərhələsində iştirak etmək hüququna malik olurlar"- deyə qurum rəsmisi bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO