Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Hazırda oxunan: Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar
625274
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilən Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin 13 aylıq həbsdə saxlanılma müddəti başa çatır.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, həmin müddət ibtidai istintaqın yekunlaşması üçün yetərli olmayıb.

İstintaq orqanı əlavə sübutların toplanması zərurəti ilə bağlı məhkəməyə vəsatət verib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqi tərəfindən verilən vəsatətdə irihəcmli cinayət işi üzrə hərtərəfli ibtidai istintaq hərəkətlərinin davam etdiyi bildirilib, bu səbəbdən təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin müddətinin uzadılması istənilib.

Səbail Rayon Məhkəməsi vəsatəti əsaslı hesab edib. Musa Şəkiliyevin əlavə 6 ay həbsdə qalmasına qərar verilib.

Məlumat üçün bildirək ki, xüsusilə ağır cinayət işlərində təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti 13 aydır. Zəruri hallarda bu müddət 6 aydan artıq olmamaqla uzadıla bilər.

Xatırladaq ki, DTX ötən ilin iyununda Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib.

Əməliyyat nəticəsində 66 yaşlı icra başçısı Musa Şəkiliyev saxlanılıb. Prezident tərəfindən vəzifəsindən azad edilən Şəkiliyevə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO