Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

Hazırda oxunan: Yayda avtomobilin qızmaması üçün nə etməli? – Doğrular və yanlışlar

625155

Yay aylarında avtomobil sahiblərinin ən çox narahat olduğu məqam maşının qızmasıdır. Burada həm işlək vəziyyətdə olan maşının qızması, həm də günün altında qalmış içərisi qaynar sobaya dönmüş vəziyyət nəzərdə tutulur.

Mütəxəssilər nə məsləhət görürlər?

Ümumiyyətlə, hamının bildiyindən başlayaq. Maşını mütləq kölgəlik yerdə saxlamağa çalışın. Hər ehtimala qarşı günlükdən istifadə edin. Əgər gün altında qalıbsa, içərini dərhal kondisionerlə soyutmağa çalışmayın. Əvvəlcə pəncərələri açıb içridə sıxılmış isti havanı “boşaldın”, bir müddət belə idarə edin ki isti hava tam sıxılıb içəridən çıxsın. Daha sonra kondisionerin əvvəlcə 1, sonra 2-ci dərəcəsində qoyun. Hava filtrlərini təmiz saxlamağı yaddan çıxarmayın.

Soyuducu mayeni (antifrizi) yoxlayın.

Antifrizin səviyyəsi və keyfiyyəti mütəmadi nəzarətdə olmalıdır. Köhnəlmiş və ya azalmış soyuducu maye mühərrikin temperaturunu yüksəldə bilər. Antifriz yayda da vacibdir. O, təkcə donmadan deyil, həm də qaynamadan və korroziyadan qoruyur. Qətiyyən antifriz yerinə su tökməyin. Adi su daha tez qaynayır, korroziya yaradır və soyutma sistemini zədələyə bilər.

Radiatoru təmiz saxlayın. Radiatorun üzərində toz, həşəratlar və çirk yığıldıqda hava axını azalır, bu da soyutmanı aşağı salır. Termostat, su nasosu, radiator qapağı və şlanqlar saz vəziyyətdə olmalıdır.

Mühərriki həddindən artıq yükləməyin. Uzunmüddətli yüksək sürət, ağır yük və ya dik yoxuşlarda aqressiv sürücülük mühərrikin temperaturunu artıra bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO