Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

Hazırda oxunan: Prezidentin köməkçisi: “Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib”

625152

“Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda deyib.

“Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub. Media islahatı yalnız qanunvericilikdən ibarət deyil.

Bu, dayanıqlı institutların qurulması, jurnalistlərə investisiya qoyulması, dezinformasiyaya qarşı dözümlülüyün artırılması və ictimai etimadın gücləndirilməsi deməkdir”,- deyə Hikmət Hacıyev bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO