Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Hazırda oxunan: Sabahdan MİQ imtahanları BAŞLAYIR

625031

14 iyuldan 2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarına start verilir.

Bizim.Media xəbər verir ki, sabah ilk seansda informatika, ikinci seansda isə ibtidai sinif müəllimi olmaq istəyənlər imtahan verəcəklər.

15 iyulda isə texnologiya, təsviri incəsənət, Azərbaycan dili, fiziki tərbiyə və biologiya ixtisasları üzrə imtahanlar keçiriləcək.

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində imtahanın keçiriləcəyi tarix, saat və məkan barədə məlumatla tanış ola bilərlər.
 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində təşkil olunacaq.


İmtahanlarda 40 minədək müəllimin iştirakı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO