“Nə üçün uşaqlığımızın alması, pomidoru əvvəlki dadını vermir?”

“Nə üçün uşaqlığımızın alması, pomidoru əvvəlki dadını vermir?”

Hazırda oxunan: “Nə üçün uşaqlığımızın alması, pomidoru əvvəlki dadını vermir?”

624428

“Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir? Yüksək məhsuldarlıq naminə keyfiyyəti və milli sortların genefondunu itiririk”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahir Oruc parlamentin bugünkü iclasında “Toxumçuluq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, hibrid sortlar daha çox məhsuldardır, daşınmaya davamlıdır, eyni ölçüdə yetişir, uzun müddət xarab olmur, iri ticarət şəbəkələrinin tələblərinə uyğun gəlir:

"Hər bir dövlət xaricdən aqrar texnologiyaya idxal edir. Fransanın, Hollandiyanın, İtaliyanın, Türkiyənin, İsrailin, ABŞ-ın toxumçuluq sahəsində qazandığı nailiyyətlərdən bəhrələnmək gərəkdir. Lakin qanun layihəsi yerli seleksiya məktəbinin bərpasına, toxumçuluq üzrə elmi institutların və təcrübə təsərrüfatlarının gücləndirilməsinə, azad edilən ərazilərdə müasir toxumçuluq və seleksiya mərkəzlərinin yaradılmasına, yerli sortların dövlət reyestrinin və milli genetik ehtiyatların mühafizəsinə xidmət edir".

Deputat xatırladıb ki, Azərbaycanın ümumi torpaq fondu 8,64 milyon hektardır.

"Onun 4,8 milyon hektarı kənd təsərrüfatına, 1.8 milyon hektarı isə əkinə yararlıdır. Göründüyü kimi, münbit torpağımız qeyri-məhdud deyil - ona görə məhsuldarlığın əsas mənbəyi keyfiyyətli toxum, elm və müasir aqrotexnologiyadır.
 

2025-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 14 milyard manatdan artıq olub. Əhalisi ölkəmizə yaxın olan Belarus ötən il dünyanın 110 ölkəsinə 10 milyard dollardan artıq kənd təsərrüfatı və ərzaq məhsulları ixrac edib.


2024-cü ildə ölkəmiz qarğıdalı toxumu üzrə 6,57 milyon dollar dəyərində, 1,14 milyon kiloqram idxal həyata keçirib. Əsas tədarükçülər Türkiyə, Serbiya olub. 3,58 milyon dollar dəyərində 6,31 milyon kiloqram toxumluq kartof idxal edib. Tədarükçülər eynidir. Halbuki hər iki məhsulun ölkəmizdə əsrlərdən gələn genləri var.

Norveçdə yerləşən Svalbard Qlobal Toxum Anbarı hazırda 1,3 milyondan çox toxumun genetik ehtiyatlarını saxlayır. Gedib xalqımızın əkdiyi qədim nümunələri alıb ölkəmizə qaytarmaq gərəkdir ki, insanların ağız dadı özünə qayıtsın" - deyə deputat vurğulayıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO