Bəzi insanlar heyvanlarla təkcə sevgi bağı qurmaqla kifayətlənmir, onların ruh halını və ehtiyaclarını da asanlıqla hiss edə bilirlər. Astroloji yanaşmalara görə, bəzi bürclər heyvanların enerjisini daha yaxşı qəbul edir və onlarla daha dərin mənəvi bağ formalaşdırır.
Bizim.Media bildirir ki, astroloqların fikrincə, Balıqlar bürcü güclü empatiya və intuitiv hissləri ilə seçilir.
Bu bürcdən olan insanların heyvanların davranışlarını və emosional vəziyyətini sözsüz anlaya bildiyi, onlarla emosional əlaqə qurmağa meyilli olduqları bildirilir.
Xərçəng bürcü isə qayğıkeş və qoruyucu xarakteri ilə ön plana çıxır. Bu bürcdən olanların ev heyvanlarına ailənin bir üzvü kimi yanaşdığı, onların gündəlik ehtiyaclarını və davranışlarındakı dəyişiklikləri asanlıqla hiss etdiyi qeyd olunur.
Astroloji şərhlərdə Qız bürcü nümayəndələrinin diqqətcil və məsuliyyətli olduqları vurğulanır. Onların heyvanların sağlamlığına, qidalanmasına və ümumi rifahına xüsusi önəm verdiyi, davranışlarındakı ən kiçik dəyişiklikləri belə tez fərq edə bildiyi bildirilir.
Siyahıda yer alan digər bürc isə Şirdir. Astroloqlar hesab edirlər ki, Şir bürcü sevgisini və qayğısını açıq şəkildə göstərməyi sevir. Bu xüsusiyyət sayəsində onlar ev heyvanları ilə həm səmimi, həm də güclü münasibət qura bilirlər. (demokrat.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
07:05 / 08.07.2026
Heyvanlarla güclü bağ quran BÜRCLƏR
Hazırda oxunan: Heyvanlarla güclü bağ quran BÜRCLƏR
Hazırda oxunan: Heyvanlarla güclü bağ quran BÜRCLƏR
623923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































