Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

Hazırda oxunan: Lənkəranda açıq sahədə güclü yanğın başladı - FOTO

623282

Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, yanğın yeni Ələt-Astara magistralında yolun Lənkəran şəhərindən keçən hissəsində başlayıb.

Yol kənarında, açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyir.

Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradır. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək qiymətləndirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO