Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK

Hazırda oxunan: Sabah daha 6 itkin-şəhidin qalıqları ailələrinə TƏHVİL VERİLƏCƏK
622358
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah itkin dşümüş və şəxsiyyəti müəyyənləşdirilən daha 6 şəhidin qalıqları ailələrinə təhvil veriləcək.

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov "İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi ilə əlaqədar indiyədək Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə ümumilikdə 934 şəxsə məxsus sümük qalıqları qəbul edilib:

"Təqdim edilmiş qalıqlardan 206 şəxsə məxsus meyit qalıqları naməlum şəhid məzarlarından, 79 şəxsə məxsus meyit qalıqları isə tanınmadan dəfn edilmiş adlı şəhid məzarlarının məzar adlarının dəqiqləşdirilməsi məqsədilə ekshumasiya edilib. 377 şəxsin qalıqları eyniləşdirilib. 226 nəfər şəhidimizin meyiti Dövlət Komissiyasının qərarı və iştirakı ilə şöbələrimizdən ailələrə təhvil verilib".

Ədalət Həsənov bildirib ki, iyulun 1-də və 3-də daha 6 nəfər itkin-şəhidin qalıqları ailələrinə təhvil veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO