Bulvarda skuterləri küçəyə düzdürən sahibkar CƏRİMƏLƏNDİ

Bulvarda skuterləri küçəyə düzdürən sahibkar CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Bulvarda skuterləri küçəyə düzdürən sahibkar CƏRİMƏLƏNDİ

622205

Bakıda Bulvar ərazisində skuterlərin icarəsi və satışı ilə məşğul olan sahibkar saxlanılıb.

Bizim.Media "Qaynarinfo.az"a istinadla xəbər verir ki, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü Ələkbər Kərim oğlu Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub. İşə məhkəmədə baxılıb.

Məlum olub ki, Ələkbər Allahverdiyev işçilərinə Səbail rayonu, Bül-bül prospektində küçəyə skuterləri düzdürərək piyadaların hərəkətinə maneə törədib.

Polis əməkdaşları ona yaxınlaşaraq irad bildiriblər. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs onların tələblərinə məhəl qoymayaraq, hərəkətlərini davam etdirib. Bu səbəbdən həmin şəxs şöbəyə dəvət olunub, lakin sahibkar bundan imtina edib.
 

Ələkbər Allahverdiyev məhkəmədə əməlindən səmimi peşman olduğunu bildirib və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.


Məhkəmənin qərarı ilə Ələkbər Allahverdiyev 150 manat cərimə olunub və iclas zalından azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO