Bakıda yaşlı qadın ərini baltaladı

Bakıda yaşlı qadın ərini baltaladı

Hazırda oxunan: Bakıda yaşlı qadın ərini baltaladı
621979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Yasamal rayonunda ailə-məişət zəmnində 62 yaşlı kişi ağır xəsarətlər alıb.

Bizim.Media xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, 2-ci küçə, 16-cı binanın 38-ci mənzilində qeydə alınıb.
 

Belə ki, 1964-cü il təvəllüdlü Elşən Nəriman oğlu Hacıyev həyat yoldaşı ilə mübahisə edib və onu döyüb. Buna cavab olaraq, 60 yaşlı qadın balta ilə ərinin üzərinə hücum edərək ona bir neçə zərbə endirib. Zərbələr nəticəsində E.Hacıyev üz, hər iki qol və kürək nahiyəsindən ağır xəsarətlər alıb.


Onların birgə nikahından olan oğlu qadının əlindən baltanı alıb. Təcili yardıma müraciət edib.

Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan yaralı hazırda cərrahi əməliyyat olunur. Həkimlərin bildirdiyinə görə, E.Hacıyevin vəziyyəti ağırdır.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları faktla bağlı araşdırma aparırlar. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO