Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib

Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib

Hazırda oxunan: Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
621684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xuliqanlıq və dələduzluqda təqsirləndirilərək həbs olunan vəkil Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib.

Bizim.Media APA-ya istinadən bildirir ki, iş araşdırılması üçün Gəncə Şəhər Məhkəməsində hakim Ülkər Babazadənin icraatına verilib.

Qeyd edək ki, Zabil Qəhrəmanov ötən ilin oktyabrında saxlanılıb. Gəncə Şəhər Məhkəməsinin qərarına əsasən, barəsində həbs qətimkan tədbiri seçilib.
 

Ona cinayət işi Gəncə Şəhər Baş Polis İdarəsində açılsa da, sonradan istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində aparılıb.


Zabil Qəhrəmanov Cinayət Məcəlləsinin 4 maddəsi – 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə ittiham olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO