Banklardakı problemlə bağlı AÇIQLAMA

Banklardakı problemlə bağlı AÇIQLAMA

Hazırda oxunan: Banklardakı problemlə bağlı AÇIQLAMA
621310
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Banklarda girov portfelləri ilə bağlı çox sayda problemlər var. Bu problemlər düzgün qiymətləndirmə aparılmadığı üçün yaranır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bu problemlərin əvvəldən yaranmaması üçün sistemin standartlara uyğun qurulmasını təklif etdiklərini bildirib:

“Qiymətləndirici hesabatı hazırlayır və banka təqdim edir, banksa hesabatın nə dərəcədə beynəlxalq standartalara uyğun olub-olmamasını yoxlamır. Halbuki hesabatın beynəlxalq standartlara uyğunluğu yoxlanılıb, gözlənilməlidir”.

Sədr bankların öz maraqlarının olduğunu vurğulayıb:

“Bizim marağımız şəffaf bazar formalaşdırmaqdır. Qiymətləndirici prinsipləri, dünya ölkələrinin hamısında eynidir. Qiymətləndirici müstəqillik, şəfafflıq, qərəzsizlik, obyektivlik, məxfiliyin qorunması prinsiplərinə əməl etməlidir. Bu prinsiplərin hamısı icra olunsa bu sahədə heç bir problem qalmır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO