Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

Hazırda oxunan: Dövlət bağçasında hər uşaq üçün aylıq 25 manat tələb olunur? - VİDEO

620156

Bağçada təhsil alan hər uşaq üçün aylıq 25 manat məbləğində vəsait tələb olunur. Ödəniş edilməyəcəyi tədqirdə uşaqların bağçadan uzalaşdırlacağı ilə bağlı valideynlərə xəbərdarlıq edilir. Bundan başqa müəssisə rəhbərinin ad günü üçün də hər valideyndən ayrıca ödəniş istənilir. 

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, iddiaları Suraxanı rayonundakı 265 saylı körpələr evi uşaq bağçası haqqında valideyn Günel Əliyeva səsləndirib.

Valideynin iddialarına görə, dövlət büdcəsi hesabına maliyyələşən məktəbəqədər təhsil müəssisəsində uzun müddətdir ki, müxtəlif adlar altında valideynlərdən pul yığılır. 

İddiada səsləndirlən digər bir məsələ isə 3 yaşlı uşaqların qruplardan çıxarılması ilə bağlıdır.

Valideyn bildirir ki, onlara qruplarda yer məhdudiyyəti olduğu bildirilsə də, bu qərarın hansı normativ sənədə əsaslandığı barədə izahat verilmir.

İddialara aydınlıq gətirmək məqsədi ilə 265 saylı körpələr evi uşaq bağçasına üz tutduq. Lakin, qapıları üzümüzə bağlandı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO