Bakıda avtomobil təmiri sexində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü yayımlanıb.
Qeyd olunub ki, yanğın Nizami rayonu ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib.
Qeyd olunub ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexinin alovlanması barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175kv.m. olan bir dam altında tikilmiş yeddi boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğın genişlənməsinə, həmiçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50 kv.m. sahədə yanıb. Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:03 / 16.06.2026
Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Hazırda oxunan: Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Hazırda oxunan: Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
619532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































