Ağdaş qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Ağdaş qəzasında xəsarət alan şəxslərin SON DURUMU

Hazırda oxunan: Ağdaş qəzasında xəsarət alan şəxslərin SON DURUMU
616946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdaşda baş verən ağır yol-nəqliyyat qəzası ilə bağlı TƏBİB-dən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 3 iyun 2026-cı il tarixində, saat 00:30 radələrində qeydə alınan hadisə nəticəsində 2 nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır qiymətləndirilən 1985-ci il təvəllüdlü şəxsə komatoz vəziyyət, qapalı kəllə-beyin travması, bədənin çoxsaylı nahiyələrinin travmaları, müxtəlif sınıqlar və kəsilmiş yara diaqnozları qoyulub.

Ona zəruri tibbi yardım göstərilib və hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hadisə zamanı yüngül xəsarətlər alan 2005-ci il təvəllüdlü şəxsin vəziyyəti isə qənaətbəxş qiymətləndirildiyi üçün ambulator müalicə üçün evə buraxılıb.

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO