İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO

İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO

Hazırda oxunan: İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO
615879
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunun Daşbulaq kəndində əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.


Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verilib.

Bildirilib ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.
 

Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Onlar elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.


Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir.

Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.

İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 1
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 2
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 3
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 4
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 5
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 6
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 7
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 8
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 9
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 10
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 11
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 12
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 13
İlham Əliyev Xocalı rayonunun Daşbulaq kəndinə getdi - FOTO - foto 14

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO