GÜNÜN HAVASI: 24 dərəcə isti, dolu, qar...

GÜNÜN HAVASI: 24 dərəcə isti, dolu, qar...

Hazırda oxunan: GÜNÜN HAVASI: 24 dərəcə isti, dolu, qar...

614711

Mayın 22-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, 21-dən 22-nə keçən gecə saatlarında intensivləşəcəyi, axşama doğru dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.
 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, qısamüddətə güclənəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-22° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO