Çürümədən həftələrlə təzə qalacaq — Pomidorun ömrünü 3 dəfə uzadan üsul

Çürümədən həftələrlə təzə qalacaq — Pomidorun ömrünü 3 dəfə uzadan üsul

Hazırda oxunan: Çürümədən həftələrlə təzə qalacaq — Pomidorun ömrünü 3 dəfə uzadan üsul

614595

Bazardan və ya marketdən alınan pomidorların qısa müddətdə xarab olması mətbəxdə ən çox rast gəlinən problemlərdən biridir. Pomidorun daha uzun müddət təzə qalması üçün sadə üsul açıqlanıb.

Bizim.Media xəbər verir ki, insanların çoxu pomidorları soyuducuda və ya üst-üstə yığılmış formada saxlayır.

Halbuki bu üsul pomidorun həm dadını pozur, həm də daha tez çürüməsinə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, pomidorları sap hissəsi aşağı olmaqla tərs çevrilmiş şəkildə saxlamaq onların ömrünü xeyli uzadır.

Bu üsul pomidorun hava ilə təmasını azaldır və nəm itkisini minimuma endirir. Eyni zamanda sap hissəsində yaranan açıq sahədən bakteriya və kifin daxil olmasının qarşısını alır.

Qeyd olunur ki, pomidorun alt hissəsi daha möhkəm olduğu üçün tərs saxlandıqda əzilmə riski də azalır.

Pomidorları düzgün saxlamaq üçün onları əvvəlcədən yumaq tövsiyə edilmir. Çünki artıq nəmlik kif yaranmasını sürətləndirir. Pomidor yalnız istifadə ediləcəyi zaman yuyulmalıdır.

Bundan əlavə, pomidorları birbaşa günəş işığı düşməyən, sərin və quru yerdə saxlamaq məsləhət görülür.

Saxlama zamanı dərin qab əvəzinə geniş və düz səthdən istifadə olunmalı, pomidorlar bir-birinə sıx toxunmadan düzülməlidir. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO