Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq

Hazırda oxunan: Sabah hava küləkli olacaq

613881

Bakıda və Abşeron yarımadasında mayın 19-u gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 755 civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 13-18° isti, gündüz 20-25° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti, bəzi yerlərdə 20-24° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO