2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

Hazırda oxunan: 2 nömrəli avtobusla bağlı şikayətlərə RƏSMİ CAVAB

613365

Bakıda son zamanlar ictimai nəqliyyatın, xüsusilə də, avtobusların fəaliyyətində müsbət irəliləyişlər gözə çarpır. Yenilənən avtobuslar, marşrut avtobuslarının rahat hərəkəti üçün ayrılan xüsusi zolaqlar, gedişhaqqının ödənilməsində rəqəmsallıq və s. bunlara nümunədir. Lakin bəzi vaxtlarda avtobusların intervalının çoxluğu və ya intervalda yaranan gecikmələr problem olaraq qalır.

Belə hallardan biri bu gün, may ayının 15-də 2 nömrəli marşrut avtobusunda yaşanıb.

Belə ki, səhər 2 nömrəli marşrut avtobusu “Nəriman Nərimanov” metro stansiyası dayanacaq məntəqəsinə (Dərnəgüldən - Avtovağzal istiqamətində) 22 dəqiqədən sonra gəlib. Sözügedən dayanacaqda 2 nömrəli avtobus səhər 08:55-də və təxminən, 22 dəqiqə sonra, yəni 09:17-də dayanıb. Bu da dayanacaqda gözləyən insanların sayının artmasına, avtobusda sxılıq yaranmasına, ən əsası, sərnişinlərin mənzil başına gecikməsinə səbəb olub.

Məsələ ilə bağlı “BakuBus” MMC-dən Bizim.Media-ya bildirilib ki, Monitorinq Mərkəzi tərəfindən aparılmış araşdırma nəticəsində həmin dayanacaq məntəqəsindən saat 08:51, 08:55 və 09:16 radələrində 2 nömrəli marşrut xətti üzrə avtobusların keçidi qeydə alınıb.
 

Qeyd edilib ki, “BakuBus” MMC-nin istismarında olan 2 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 25 avtobus vasitəsilə təmin edilir və xətt üzrə hərəkət intervalı orta hesabla 8-9 dəqiqə təşkil edir.


Bildirilib ki, pik saatlarda Süleyman Sani Axundov küçəsi, Cəfər Xəndan küçəsi, Əhməd Rəcəbli küçəsi, Heydər Əliyev prospekti, Moskva prospekti, Puşkin küçəsi, Çernyaevski küçəsi və Ağa Nemətulla küçəsi ərazilərində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən avtobuslararası intervalın müvəqqəti olaraq artması halları baş verir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO