Moruğun 5 faydalı xüsusiyyəti

Moruğun 5 faydalı xüsusiyyəti

Hazırda oxunan: Moruğun 5 faydalı xüsusiyyəti

611072

Moruq ekstraktı metabolik piyli qaraciyər xəstəliyi zamanı qaraciyərin zədələnməsini və piy yığılmasını azalda bilər.

Bizim.Media xəbər verir ki, alimlər bu təsiri bağırsaq mikrobiotasına — yəni bağırsaqda yaşayan faydalı bakteriyaların ümumi mühitinə təsirlə əlaqələndirirlər.

Tədqiqatçılar bildiriblər ki, moruq ekstraktı bağırsaqda faydalı mikroorqanizmlərin, xüsusilə Ileibacterium cinsinə aid bakteriyaların miqdarını artırıb.

Alimlərin sözlərinə görə, moruq ekstraktı həmçinin bağırsaq baryerini möhkəmləndirib. Bu baryer orqanizmi zərərli maddələrin daxil olmasından qoruyur.
 

Bundan başqa, tədqiqat zamanı inozin adlı molekulun səviyyəsinin artdığı da qeydə alınıb. Bu molekul maddələr mübadiləsində iştirak edir.


Laboratoriya təcrübələrində inozinin qaraciyər hüceyrələrində piy yığılmasını azaltdığı, həmçinin iltihab və oksidləşdirici stressi zəiflətdiyi müəyyən edilib.

Mütəxəssislər qeyd edirlər ki, iltihab və oksidləşdirici stress toxumaların zədələnməsinin əsas səbəblərindən sayılır.

Moruğun əsas faydaları

Moruq antioksidantlarla zəngindir və orqanizmdə hüceyrələri zədələyən sərbəst radikallara qarşı qoruyucu təsir göstərə bilər.
 

Bu giləmeyvə bağırsaq mikroflorasının sağlamlığını dəstəkləyə, həzm sisteminin fəaliyyətinə müsbət təsir edə bilər.


Moruğun tərkibində lif çoxdur. Bu isə toxluq hissini artırır və çəkiyə nəzarətdə faydalı ola bilər. Araşdırmalara görə, moruq ekstraktı qaraciyərdə piy yığılmasının azalmasına kömək edə bilər. Bundan başqa, moruq immun sisteminin dəstəklənməsi və ümumi maddələr mübadiləsinin yaxşılaşması baxımından da faydalı məhsul hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO